NATO nun Ankara Zirvə Görüşü başlayır

07.07.2026

Icma.az, Newscenter.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


36-cı NATO Zirvəsi bu gün Ankarada öz işinə başlayır.
Newscenter.az trthaber-istinadən bildirir ki, Ankaradakı Prezident Sarayında keçiriləcək Zirvə Görüşü Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ev sahibliyi və NATO-nun Baş katibi Mark Ruttenin sədrliyi ilə iki gün davam edəcək.
ABŞ Prezidenti Donald Trampdan əlavə, 31 müttəfiq ölkənin və dəvət olunmuş ölkələrin liderləri də Zirvə Görüşünə qatılacaq.
İki gün ərzində alyansın gələcəyini formalaşdıracaq qlobal və regional təhlükəsizlik məsələləri müzakirə olunacaq. Gündəmin ən başında keçən ilki Haaqa Zirvəsində müttəfiqlərin 2035-ci ilə qədər ümumi daxili məhsullarının 5 faizini müdafiəyə ayırmasını nəzərdə tutan öhdəliklərin yerinə yetirilməsi durur.
Rusiyanın Ukraynaya davam edən hücumları fonunda toplanan sammitdə Ukraynaya dəstəyin davam etdirilməsi, xüsusən də hava hücumundan müdafiəyə ehtiyac əsas mövzular arasındadır.
Zirvə görüşü həm keçirildiyi dövrə, həm də gərgin gündəliyinə görə tarixi hesab olunur.

Süleyman
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью