NATO nun baş katibi Cənubi və Şimali Koreyanı səhv saldı Zaldakılar güldü

23.11.2026

Qaynarinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

NATO-nun baş katibi Mark Rutte çıxışı zamanı Şimali və Cənubi Koreyanı səhv salaraq auditoriyanın gülüşünə səbəb olub.

Qaynarinfo xəbər verir ki, hadisə Ruttenin Berlində NATO Parlament Assambleyasının iclasında çıxışı zamanı baş verib.

O, Alyansın Hind-Sakit okean regionundakı tərəfdaşları ilə əməkdaşlığından danışarkən Avstraliya və Yeni Zelandiyanın adını çəkib, daha sonra isə Şimali Koreyanı müttəfiq kimi təqdim edib.

“Avstraliya, Yeni Zelandiya, Şimali... Xeyr, Şimali deyil, Cənubi Koreya ilə əməkdaşlığımız var”, deyə Rutte səhvini dərhal düzəldib.

Onun bu dil sürüşməsi zalda gülüşlə qarşılanıb.

Qeyd edək ki, NATO Hind-Sakit okean regionunda Avstraliya, Yeni Zelandiya, Yaponiya və Cənubi Koreya ilə əməkdaşlıq edir. Şimali Koreya isə Alyansın tərəfdaşları sırasına daxil deyil. Bu, Ruttenin ilk belə səhvi deyil. O, 2026-cı ilin iyulunda çıxışı zamanı İranın Arktikaya çıxış əldə etməsinin qarşısını almaq lazım olduğunu bildirmiş, daha sonra əslində Rusiya və Çini nəzərdə tutduğunu açıqlamışdı. Noyabrın əvvəlində isə Niderlandın NPO 1 telekanalına müsahibəsində rus dilini bilib-bilmədiyi barədə suala “sağ ol” cavabını vermişdi.

Mark Rutte Avropada 1997-ci ildən əvvəl mövcud olmuş təhlükəsizlik sisteminə qayıtmağı qəbuledilməz hesab etdiyini də bildirib. O, bu barədə “The Guardian” qəzetinə açıqlamasında danışıb.

Onun sözlərinə görə, Rusiyanın 2021-ci ildə irəli sürdüyü və NATO-nun mövqelərinin 1997-ci il vəziyyətinə qaytarılmasını nəzərdə tutan təklifləri Alyans üçün qəbulolunmazdır.

“Hamımız tam əminik ki, Rusiyanın 2021-ci ildə irəli sürdüyü, mahiyyət etibarilə NATO-nu 1997-ci il vəziyyətinə qaytarmağı nəzərdə tutan təkliflər 1991-ci il sərhədlərinə doğru geriyə addımdır. NATO-da heç kim bunun yaxşı fikir olduğunu düşünmür”, deyə Rutte vurğulayıb.

Qeyd edək ki, “The New York Times” qəzeti noyabrda yazıb ki, Rusiya danışıqlar zamanı NATO-nun hərbi infrastrukturunun 1997-ci il sərhədlərinə çəkilməsini, Alyansın şərqə doğru genişlənməsinin dayandırılmasını və Ukraynaya hərbi yardımın kəsilməsini tələb edir. Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas noyabrın 16-da Rusiyanın təhlükəsizliklə bağlı tələblərini hərbi əməliyyatları davam etdirmək üçün bəhanə adlandırıb.

Almaniyanın xarici işlər naziri İohann Vadeful da Moskvanın Avropada yeni təhlükəsizlik arxitekturasının yaradılması ilə bağlı tələblərini “absurd” və “maksimalist” kimi qiymətləndirib.

Aydın

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью