Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
NATO-nun Baş katibi Mark Rutte Rusiya Federasiyasına müraciətində bildirib ki, alyans öz ərazisinin müdafiəsini təmin etmək niyyətindədir.
Lenta.ru bildirir ki, NATO-nun baş katibi Mark Rutte Ankarada keçirilən sammitdə çıxış edərək alyansın ərazisinin hər qarışını müdafiə edəcəklərini və NATO-nun yalnız müdafiə siyasətinə sadiq qaldığını, heç vaxt heç kimə hücum etməyəcəyini vurğulayıb: “Bu ittifaq ərazimizin hər qarışını müdafiə edəcək. Biz heç vaxt heç kimə hücum etməyəcəyik. Biz yalnız həyat tərzimizi, demokratiyalarımızı və ərazimizi müdafiə edəcəyik”.
Rutte həm də sammitin yekun bəyannaməsində Rusiyanın “uzunmüddətli təhdid” adlandırılacağına dair gözləntilərini ifadə edib.
Qeyd edək ki, Kremlin sözçüsü Dmitri Peskov bir müddət əvvəl Rusiyanın heç vaxt üçüncü dünya müharibəsinə başlamayacağını, lakin öz təhlükəsizliyini təmin etmək üçün tədbirlər görəcəyini bildirmişdi.
P.ƏMİRCANOV
XQ