NATO nun baş katibi Rütte Donald Trampı ata adlandırdı

25.06.2025

Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

NATO-nun baş katibi Mark Rütte Haaqada keçirilən sammit zamanı ABŞ Prezidenti Donald Trampı "ata" adlandırıb.

Oxu.Az bu barədə "Komsomolskaya pravda"ya istinadla xəbər verir.

Bildirilib ki, bu ifadə Rüttenin Trampın Yaxın Şərqdəki vəziyyətlə bağlı qalmaqallı açıqlamasına münasibət bildirərkən səsləndirilib. Qeyd edək ki, Tramp bir gün öncə İsrail və İran mövzusunda sərt və nalayiq ifadələr işlədərək, açıq şəkildə söyüşlərə keçmişdi.

Mark Rütte isə Trampı qeyri-adi formada müdafiə edib:

"Bəzən atanın bunu dayandırmaq üçün kobud sözlərə əl atması lazım gəlir", - deyə NATO-nun baş katibi bildirib.

Onun bu açıqlaması sosial mediada və siyasi dairələrdə geniş rezonans doğurub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью