Azertag saytına istinadən Icma.az xəbər verir.
Bakı, 19 iyun, AZƏRTAC
NATO-nun Baş katibi Mark Rütte iyunun 23-25-də Vaşinqtona səfər edəcək və burada ABŞ Prezidenti Donald Trampla görüşəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Şimali Atlantika Alyansının mənzil-qərargahının mətbuat xidmətinin məlumatında deyilir.
“NATO-nun Baş katibi iyunun 24-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampla görüşəcək. O, həmçinin administrasiyanın yüksəkvəzifəli nümayəndələri ilə də danışıqlar aparacaq”, – deyə məlumatda bildirilir.
Bundan əlavə, Mark Rütte onlayn formatda E5 qrupunun iclasında iştirak edəcək, Konqres üzvləri ilə görüşəcək və Atlantik Şurasının təşkil etdiyi müzakirələrə qatılacaq.
Qərb mediasının məlumatına görə, Şimali Atlantika Alyansının rəhbərinin Vaşinqtona səfəri iyulun 7-8-də Ankarada keçiriləcək NATO sammitinə hazırlıqla bağlıdır.
E5 (European Group of Five) Avropa İttifaqı və NATO-nun bürokratik prosedurlarından kənarda müdafiə və təhlükəsizlik məsələlərinin müzakirəsi üçün yaradılmış beş aparıcı Avropa ölkəsinin qeyri-rəsmi birliyidir. Qrupa Böyük Britaniya, Almaniya, İtaliya, Polşa və Fransa daxildir.