NATO nun baş katibi:...səbəb Putindir!

22.12.2025

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

NATO-nun baş katibi Mark Rütte Almaniyanın "Bild" qəzetinə müsahibə verib. Bakıvaxtı.az-ın "LeMonde.fr"ə istinadən verdiyi xəbərə görə, "Ukraynada müharibəni bitirmək niyə bu qədər çətindir?" sualına NATO-nun baş katibi Mark Rütte belə cavab verib: "Səbəb Putindir! V.Putin 1,1 milyon vətəndaşını qurban verməyə hazırdır. Bu il onun irəliləyişi minimal olub: ərazi qazancları əhəmiyyətsiz olub. Nəticədə, bizim hesablamalarımıza görə, Rusiya tərəfində 1,1 milyona qədər insan həlak olub və ya yaralanıb".

M.Rütte həmçinin bildirib ki, bir neçə Avropa ölkəsi, lazım gələrsə, qoşun göndərməyə hazır olduqlarını bəyan ediblər:

"Könüllülərin bu koalisiyasının dəqiq strukturunu müəyyənləşdirmək üçün işlər görülür: yerləşdirmə necə baş verəcək? Quruda, dənizdə, havada və s. nə baş verəcək? Bütün bu elementlər hazırlanır".

M.Rütte həmçinin ABŞ prezidenti Donald Trampa böyük hörmət bəslədiyini, V.Putini danışıqlar masasına gətirməyi bacaran və onu sonda sülhə məcbur edə bilən yeganə şəxs olduğunu qeyd edib:

"Ağ Ev sahibi artıq bir neçə dəfə əsəbiləşib, lakin ABŞ-nin Ukraynaya dəstəyini dayandıracağını qətiyyən gözləmirəm".

Aydın Baxış

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью