Azpolitika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Şimali Atlantika Alyansının ABŞ-nin NATO-dan çıxması halında işə salınacaq heç bir ehtiyat planı yoxdur.
“AzPolitika” xəbər verir ki, bu barədə “Politico” nəşri 3 NATO diplomatına istinadla məlumat yayıb.
Mənbələrdən biri vurğulayıb ki, bu cür ssenarilərin hazırlanması təşkilatın məqsədinə ziddir. Mənbə bildirib ki, "ABŞ-siz NATO üçün alyans daxilində ehtiyat planı yoxdur".
Qeyd edək ki, bu gün ABŞ Konqresinə ölkənin NATO-dan çıxmasına imkan verən qanun layihəsi təqdim edilib və bu, müttəfiqlər arasında narahatlıq yaradıb. Qanun layihəsində alyans Soyuq müharibənin qalığı adlandırılır. Layihə Respublikaçı konqresmen Tomas Massi tərəfindən təqdim edilib.
“AzPolitika.info”