Icma.az, Oxu.az portalına istinadən məlumat verir. NATO-nun iki müttəfiq dövləti - Fransa və Birləşmiş Ştatlar arasında münasibətlər gərginl
Fransada antisemitizm hallarının artması və hökumətin müvafiq addımlar atmaması ABŞ-də narahatlıq yaradıb.
İş o yerə çatıb ki, ABŞ Prezidenti Donald Trampın qudası, ABŞ-nin Fransadakı səfiri Çarlz Kuşner bununla bağlı narahatlığını məktubla ifadə edib.
Amerikalı diplomat Fransa prezidenti Emmanuel Makronu antisemitizmlə mübarizə üçün kifayət qədər səy göstərməməkdə günahlandırıb.
Səfir qeyd edib ki, Fransanın Fələstinin müstəqilliyini tanıyacağını bəyan etməsi "ekstremistləri həvəsləndirir və zorakılığı qızışdırır".
Kuşner əlavə edib ki, antisemitizm uzun müddətdir Fransa həyatını kölgələyir, 2023-cü ildə HƏMAS-ın hücumundan sonra isə yeni mərhələyə qədəm qoyub.
"Fransada yəhudilərin küçədə hücuma məruz qalmadığı, sinaqoq və məktəblərin təhqir edilmədiyi və yəhudilərə məxsus müəssisələrə hücum olmayan bir gün keçmir.
Sizin Daxili İşlər Nazirliyiniz, hətta uşaq bağçalarında da belə insidentlər barədə məlumat verib", - deyə Kuşner iddia edib.