NATO nun keçmiş baş katibindən alyansla bağlı proqnoz

15.04.2026

Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

“NATO növbəti on il ərzində mövcudluğunu dayandıra bilər”.

Globalinfo.az xəbər verir ki, bunu Alyansın keçmiş baş katibi və Norveçin maliyyə naziri Yens Stoltenberq deyib.

“NATO-nun əbədi mövcud olması təbiət qanunu deyil”, – deyə o bildirib.

Stoltenberq həmçinin xatırladıb ki, Prezident Donald Tramp ilk prezidentlik müddətində belə ABŞ-ı NATO-dan çıxarmaqla hədələmişdi.

“İndi o, bunu yenidən edir. Heç kim bunun nə qədər ehtimal olunduğunu deyə bilməz. Amma Trampın bu cür açıqlamalarına ciddi yanaşmalıyıq”, – deyə siyasətçi vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью