NATO nun qırıcısı qəza enişi edərkən yandı VİDEO

09.07.2026

Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.

NATO-ya məxsus qırıcı Yunanıstan hava limanına təcili eniş edən zaman yanıb.

Moderator.az xəbər verir ki, bu barədə "The Mirror" məlumat yayıb.

Bildirilib ki, "F-16" qırıcısı İon dənizi üzərində təlim uçuşu həyata keçirərkən yanğın xəbərdarlığı sisteminin işə düşməsi səbəbindən Zakintos hava limanında qəza enişi edib. Məlumata görə, pilot heç bir xəsarət almayıb.

Hərbi Hava Qüvvələri Baş Qərargahının ilkin məlumatlarında bildirilir ki, sözügedən təyyarə "Araksos" bazasındakı 116-cı qırıcı aviasiya qrupuna məxsus olub. Bildirilib ki, xilasetmə və təcili yardım xidmətləri hadisənin nəticələrini aradan qaldırana qədər hava limanının uçuş-eniş zolağı fəaliyyətini dayandırıb.

Hərbi Hava Qüvvələri baş verən bu insidentin səbəblərini öyrənmək üçün müvafiq araşdırmalara başlayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью