NATO nun təlim qrupu Bakıda məşğələ keçirir KONKRET

03.12.2025

Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakıda NATO ilə “Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramı”na əsasən, NATO-nun Brunssum Birgə Qüvvələr Komandanlığının mobil təlim qrupu tərəfindən “Əldə düzəldilmiş partlayıcı qurğulara qarşı mübarizə” mövzusunda seminar-məşğələ keçirilir.

KONKRET.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, tədbirdə Müdafiə Nazirliyinin Mühəndis Qoşunları Baş İdarəsinin və onun tabeliyindəki hərbi hissələrdə xidmət edən hərbi qulluqçuların, həmçinin xüsusi təyinatlı təhsil müəssisələrinin mühəndis ixtisaslı zabitləri iştirak edirlər.

Keçirilən məşğələ zamanı iştirakçılara müxtəlif mövzularda brifinqlər təqdim edilir. Seminar-məşğələ dekabrın 5-dək davam edəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью