Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.
NATO-nun Norveçdə qış təlimi zamanı gözlənilməz bir böhran baş verib.
Globalinfo.az xəbər verir ki, bu barədə Britaniyanın “The Times” qəzeti məlumat yayıb.
Belə ki, ehtiyatda olan Finlandiya əsgərlərinə qarşı mübarizə aparan ABŞ qoşunları geri çəkilməyə məcbur olublar:
“Norveçdə keçirilən “Birgə Viking” təlimində Finlandiyanın ehtiyatda olan əsgərləri Amerika qoşunları üzərində açıq-aşkar üstünlük nümayiş etdiriblər. Təlimdə Finlandiya qüvvələri hücum edən tərəf, ABŞ əsgərləri isə müdafiə rolunu oynayıb”, – deyə bildirilib.
Qəzetə müsahibə verən hərbi mənbə qeyd edib ki, Finlandiya əsgərlərindən ABŞ qoşunlarına hücumlarında templərini azaltmaq istənilib:
“ABŞ qoşunlarının verdiyi itkilər onlar üçün alçaldıcı və ruhdan salıcı bir həddə çatıb. Bəlli olub ki, ABŞ-ın hərbi təcrübə və Arktika şəraitinə hazırlıq baxımından ciddi çatışmazlığı var. Avropadakı NATO ölkələri, xüsusən də Finlandiya, Norveç və Böyük Britaniyanın soyuq və sərt şimal şəraitində daha təcrübəlidir”.
Qeyd edək ki, Norveç Silahlı Qüvvələrinin rəhbərlik etdiyi “Birgə Viking” təlimində təxminən 10.000 əsgər iştirak edib.
Əliyar Xəlil
Globalinfo.az