NATO ölkələri hərbi xərcləri artıracaq

10.01.2025

Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

NATO ölkələri hərbi xərcləri artırmağa hazırdırlar.

APA “Reuters”ə istinadən xəbər verir ki, bu barədə İtaliyanın müdafiə naziri Quido Krozetto məlumat verib.

Buna baxmayaraq alyans ölkələri xərcləri ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampın tələb etdiyi kimi ÜDM-in 5%-nə qaldırmayacaqlar. Bu rəqəmin ÜDM-nin 2%-dən çox olacağı nəzərdə tutulur.

“Görünən odur ki, artım olacaq. Düşünmürəm ki, 5% olacaq, indiki vəziyyətdə bu, mümkünsüzdür. Amma 2% də olmayacaq, ikidən çox olacaq”, - nazir qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью