NATO ölkələri Kiyev üçün Amerika silahlarının sifarişini tələsməyə çağırdı

03.09.2025

Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.

Şimali Atlantika Alyansının ( NATO ) baş katibi Mark Rutte təşkilatın bütün ölkələrini Amerikanın Kiyevə silah tədarükü üçün sifarişləri və ödənişləri sürətləndirməyə çağırıb.

Redaktor.az xəbər verir ki, siyasətçi bu barədə Brüsseldə keçirdiyi mətbuat konfransında bildirib.

Rutte xatırladıb ki, Avropa ölkələri tərəfindən ödənilən 2 milyard avroluq Amerika yardımı artıq Ukraynaya çatıb.

"Mən digər NATO ölkələrini bu səylərdə fəal iştirak etməyə çağırıram", - NATO-nun baş katibi qeyd edib.

Aminə Şahsuvarqızı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью