NATO ölkələri Rusiya gəmilərinə nəzarət edəcək

20.01.2025

Gununsesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

NATO ölkələri Baltik dənizində Rusiya gəmilərinə nəzarət etməyi və Rusiya hərbi gəmilərinin Atlantikaya girişini qadağan etməyi planlaşdırır.

Gununsesi.info xəbər verir ki, bu barədə The Telegraph qəzeti məlumat yayıb.

Qeyd olunur ki, İsveç Rusiya gəmilərinin Sankt-Peterburq və Kalininqrad limanlarını tərk etməsinin qarşısını almağa qadir olan yeni Marks 3 gəmi əleyhinə raketi yerləşdirib.

Estoniya və Latviya da öz növbəsində müdafiə imkanlarını gücləndirmək üçün gəmi əleyhinə raketlərin alınmasına xeyli sərmayə qoyublar.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью