NATO ölkələri Ukraynaya milyardlarla avro yardım edəcək

01.03.2025

Icma.az, Ayna saytına istinadən bildirir.

Alyansın baş katibi Ukrayna ilə bağlı gələcək addımlarını açıqlayıb

NATO ölkələri Ukraynaya milyardlarla avro yardım hazırlayır. AYNA.AZ xəbər verir ki, NATO-nun gələcək addımları “X” sosial şəbəkə səhifəsində ABŞ Prezidenti Donald Trampla söhbətindən sonra Alyansın baş katibi Mark Rutte tərəfindən açıqlanıb.

Rutte ABŞ və NATO-nun gücləndiyini, blokun müttəfiqlərinin müdafiəyə investisiyaları artırmaq üçün sürətlə hərəkət etdiyini qeyd edib.

"Ukraynaya gəlincə, müttəfiqlər əlavə milyardlarla yardım və təhlükəsizlik töhfələri hazırlayırlar", - Rutte bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью