NATO ölkələri və Ukrayna Moldovada hərbi paradda iştirak edəcək

21.08.2026

Icma.az xəbər verir, Hurriyyet saytına əsaslanaraq.

Moldovanın müstəqilliyinin 35-ci ildönümü münasibətilə avqustun 27-də Kişinyovda hərbi parad keçiriləcək.

Hurriyyet.Media  xəbər verir ki, bu barədə Moldovanın müdafiə naziri Anatolie Nosatıy bildirib.

Onun sözlərinə görə, paradda 2 mindən çox hərbçi, hüquq-mühafizə əməkdaşı, veteran və xarici ölkələrin kontingentlərinin iştirakı gözlənilir.

Bundan əlavə, parad zamanı 100-dən çox hərbi və xüsusi texnika nümayiş etdiriləcək.

Eyni zamanda, Rumıniya, Ukrayna, Litva, İtaliya, Polşa, Fransa, Çexiya və ABŞ qruplarını Kişinyova göndərəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью