“NATO ölkələrinin təhlükəsizliyi ABŞ dən asılı ola bilməz”

05.06.2025

Icma.az, Missiya.az portalına istinadən məlumat verir.

“ABŞ güc vasitəsilə çəkindirmə və sülhü dəstəkləyir. Lakin NATO-ya üzv ölkələrin təhlükəsizliyi Vaşinqtondan asılı ola bilməz.

Missiya.Az “Politico”ya istinadən xəbər verir ki, bu sözləri ABŞ-nin müdafiə naziri Pit Heqsete Brüsseldə NATO müdafiə nazirlərinin görüşü zamanı deyib.

O bildirib ki, ABŞ-nin NATO-dakı müttəfiqləri müdafiə üçün Vaşinqtona arxalana bilməz və öz səylərini artırmalıdır:

"Birləşmiş Ştatlar müttəfiqlərimizlə birlikdə burada olmaqdan qürur duyur, amma mesajımız aydın olaraq qalacaq: Bu, güc vasitəsilə çəkindirmə və sülhdür, lakin Amerikadan asılılıq ola bilməz və olmayacaq da", - deyə Heqset vurğulayıb.

Daşqın Həsənov
Missiya.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью