Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.
“Litvanın Kalininqrad vilayətinə tranzitin məhdudlaşdırılması Rusiyaya qarşı müharibə elanı olardı”.
Globalinfo.az xəbər verir ki, bunu Finlandiyanın “Azadlıq Alyansı” milli-mühafizəkar partiyasının üzvü Armand Mema deyib.
“Litva xarici işlər naziri Kestutis Kalininqrada tranzitin bağlanmasına çağırıb. Bu, belə kiçik ölkə üçün çox təhlükəli addımdır. Əgər o, Baltikyanı ölkələrdə yeni cəbhə açmaq istəsə, bu, münasib həll yolu olardı”, – o bildirib.
Eyni zamanda, siyasətçi Avropa İttifaqının (Aİ) hadisələrin bu cür inkişafına icazə verəcəyinə şübhə edib: “Çünki bu, Rusiyaya müharibə elanı deməkdir”.
Qeyd edək ki, Litva hakimiyyəti Belarusla sərhədi həmişəlik bağlaya və Rusiyanın Kalininqrad vilayətinə tranziti məhdudlaşdıra bilər.
Əliyar Xəlil
Globalinfo.az