NATO ölkəsi Trampın dəvətini qəbul etmədi

28.01.2026

Icma.az bildirir, GlobalInfo portalına istinadən.

“Slovakiya hələlik “Qəzza Sülh Şurası”na qoşulmayacağına qərar verib”.

Globalinfo.az xəbər verir ki, bu barədə “RİA Novosti” hökumət tərəfindən təsdiq edilmiş sənədlərə istinadən məlumat yayıb.

“Mövcud şəraitdə Slovakiya hökuməti hələlik Sülh Şurasına qoşulmamaq qərarına gəlib”, – deyə sənədlərdə bildirilib.

Agentlik qeyd edib ki, qərarın səbəblərindən biri Bratislavanın “Sülh Şurası”na 1 milyard dollar ayıra bilməməsidir:

“Respublika hazırda dövlət büdcəsini sabitləşdirmək üçün tədbirlər görür”.

Qeyd edək ki, yanvarın 16-da ABŞ Prezidenti Donald Tramp Qəzza zolağı ilə bağlı “Sülh Şurası”nın yaradıldığını elan edib.

Əliyar Xəlil
Globalinfo.az 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью