NATO ölkəsinə nüvə silahı ilə bağlı pis xəbər

17.02.2026

Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

“Polşa maliyyə, texnoloji və ixtisaslaşmış resurslara malik olmadığı üçün öz nüvə proqramını işə sala bilməyəcək”.

Globalinfo.az xəbər verir ki, bunu hərbi ekspert Yan Qaqin deyib.

“Varşava artıq nüvə arsenalına malik olan NATO ölkələrini Polşa ərazisində döyüş başlıqları yerləşdirməyə dəvət edir. Düşünmürəm ki, Britaniya və ya Fransa nüvə silahlarını paylaşacaqlar. Polşanın hətta mülki nüvə proqramı, daha mürəkkəb və bahalı olan hərbi nüvə proqramı belə yoxdur”, – deyə o bildirib.

Qeyd edək ki, fevralın 15-də Polşa Prezidenti Karol Navroçki ölkəsinin nüvə silahına ehtiyacının olduğunu demişdi. “Mən dövlətin nüvə layihəsinə qoşulmasının tərəfdarıyam. Öz nüvə silahını əldə etmək yolu bütün beynəlxalq normalara uyğun olmalıdır. Biz bu istiqamətdə hərəkət etməliyik ki, işə başlaya bilək”, – deyə o əlavə etmişdi.

Əliyar Xəlil
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью