NATO qoşunları inəklərə zərbələr endirdi

06.11.2026

Olke.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ölkə.az xəbər verir ki, bu barədə heyvanların müdafiəsi ilə məşğul olan "Zootēka" təşkilatı "Facebook" sosial şəbəkəsində məlumat yayıb.

“Namejs hərbi təlimlərindən sonra güclü stress və panika nəticəsində fermalardan birində inəklər xəsarət alıb, onlardan biri kritik vəziyyətdədir”, – deyə təşkilatın bəyanatında bildirilir.

Fermerin sözlərinə görə, atəş səsləri inəkləri ciddi şəkildə qorxudub. Panikaya düşən heyvanlar hasarların üstündən tullanmağa başlayıb və nəticədə basabas yaranıb. Təşkilat Latviya Silahlı Qüvvələrinin bu insidentə biganə qalmayacağına ümid etdiyini bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью