NATO: Quruda qoşunlar, havada reaktiv təyyarələr və Qara dənizdə gəmilər olacaq

03.02.2026

Turkstan.az saytından alınan məlumata görə, Icma.az bildirir.

NATO-nun baş katibi Mark Rutte Ukraynaya veriləcək təhlükəsizlik zəmanətlərinin möhkəm olacağını bildirib.

Turkustan.az xəbər verir ki, o, bu çərçivədə “yerdə əsgərlərin, havada təyyarələrin, Qara dənizdə isə gəmilərin olacağını” vurğulayıb.

Kiyevdə Ukrayna Parlamentində çıxış edən Rutte NATO-nun Ukraynaya dəstəyinin davamlı və sarsılmaz olduğunu bir daha təsdiqləyib.

Rutte qeyd edib ki, Rusiya prezidenti Vladimir Putin Ukraynanı “gözləməklə yorğunlaşdıra” biləcəyinə inanır. Onun sözlərinə görə, Putin Ukraynanın zəif olduğunu, tərəfdarlarının zamanla dəstəyini itirəcəyini və iradəsinin sarsılacağını düşünür.

“Lakin o, ciddi şəkildə yanılıb. Ukrayna güclüdür və bizim dəstəyimiz sarsılmazdır”, – deyə NATO baş katibi əlavə edib.

Aytən Yaşar/ Turkustan.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью