Konkret.az saytından alınan məlumata görə, Icma.az bildirir.
NATO-nun baş katibi Mark Rutte ABŞ prezidenti Donald Trampın rəğbətini qazanmağa məcbur qalıb.
KONKRET.az xəbər verir ki, bu barədə “Politico” nəşri alyansdakı yüksək vəzifəli diplomata istinadən yazıb.
Diplomatın sözlərinə görə, Rutte alyansın maraqları naminə Trampa yaxınlaşmağa çalışır:
“Bu, NATO-nun xeyrinədir. Amma sual yaranır: Məsələnin sonu harada bitəcək?”
Politico qeyd edir ki, bir sıra diplomatlar Trampa yönəlik açıq tərif və ehtiramın NATO-nun nüfuzuna zərbə vuracağını düşünürlər.
Nəşr daha əvvəl yazıb ki, diplomatlar və siyasətçilər Ruttenin əsas prioritetinin Tramp dövründə ABŞ-ı Avropanın tərəfində saxlamaq olduğunu hesab edirlər. Lakin Politico-nun fikrincə, bu strategiya Ruttəni tənqidlərə açıq vəziyyətə salır, çünki onun fəaliyyətinin digər mühüm istiqamətləri arxa planda qalır.
Müşviq Tofiqoğlu
KONKRET.az