Icma.az bildirir, Yenisabah portalına istinadən.
NATO-ya üzv olan 32 ölkənin yüksəksəviyyəli hərbi nümayəndələrindən ibarət heyət 8 ildən sonra ilk dəfə rəsmi səfərlə Ukraynanın paytaxtı Kiyevə gəlib. Bu barədə Alyansın ali hərbi orqanı sayılan NATO Hərbi Komitəsinin sədri, admiral Cuzeppe Kavo Draqone bəyanat yayıb.
“Yeni Sabah” xəbər verir ki, səfər çərçivəsində NATO-nun yüksək rütbəli generalları və admiralları Ukrayna Silahlı Qüvvələrinin rəhbərliyi ilə strateji danışıqlar aparıblar. Görüşlərdə cəbhədəki cari vəziyyət, Ukraynanın hərbi ehtiyacları və Alyansın təhlükəsizlik dəstəyinin gücləndirilməsi məsələləri müzakirə olunub.
Xatırladaq ki, Hərbi Komitə Şimali Atlantik Alyansının ən yüksək hərbi organıdır. Komitə Şimali Atlantik Şurasına hərbi siyasət və strategiya məsələləri üzrə birbaşa məsləhətlər verir, onun sədri isə NATO-nun baş katibinin əsas hərbi məsləhətçisi funksiyasını yerinə yetirir. pizza