NATO: Rusiya ilə münaqişə Avropanın qapısındadır

12.12.2025

Reyting.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Rusiya yaxın beş il ərzində NATO-ya hücum üçün tam hazır ola bilər və Avropa artıq ciddi təhlükə ilə üz-üzədir.

Reyting.az xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rutte Berlində keçirilən təhlükəsizlik konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, münaqişə artıq NATO ölkələrinin qapısına qədər gəlib və hər bir evə təsir göstərə bilər.

M. Rutte hesab edir ki, mövcud vəziyyətin İkinci Dünya Müharibəsi miqyasında fəlakətə çevrilməsi ehtimalı var.

Baş katib əlavə edib ki, bu təhlükənin qarşısını almaq mümkündür: bunun üçün daha sürətli hərəkət etmək, müdafiəyə investisiyaları artırmaq və Ukraynaya davamlı dəstək göstərmək lazımdır.

Qərb mediası yazır ki, M. Ruttenin Rusiyanın öz “tarixi məqsədi” naminə 1,1 milyon vətəndaşını qurban verməyə hazır olan bir diktator tərəfindən idarə olunduğunu vurğulaması, həmçinin ABŞ prezidenti Trampın dəstəyinə və xüsusi missiyasına böyük ümid bəsləmədiyini bildirməsi ABŞ prezidenti D. Trampı narahat edib.

Oqtay QORÇU


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью