NATO Rusiya ilə sərhəddə təlimə başlayır

02.12.2024

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bu gün Estoniyanın şimalında və şimal-şərqində Rusiya ilə sərhəd yaxınlığında alyans qoşunlarının yerdəyişməsi və onların qarşılıqlı fəaliyyətinin gücləndirilməsi üçün ikihəftəlik NATO təlimləri başlanır.

Modern.az xəbər verir ki, bu barədə Estoniya diviziyasının komandiri və təlimlərə məsul olan general-mayor İndrek Sirel bildirib.

“Təlim zamanı Fransa, Böyük Britaniya və Estoniya qüvvələrinin sürətli yerdəyişməsi məşq ediləcək, həmçinin onların arasında əməkdaşlıq gücləndiriləcək. Fransa Silahlı Qüvvələrinin bölmələrinin Estoniyaya göndərilməsi üçün yerüstü və hava əməliyyatları üzrə təlimlər yerinə yetiriləcək, Böyük Britaniya və Estoniyanın hərbi bölmələri birlikdə tapşırıqlar icra edəcək”, - general belə deyib.

“Pikne” adlı genişmiqyaslı təlim NATO-nun Baltik dənizi regionunda yerləşdirilməsinə və əməkdaşlıq imkanlarına diqqət yetirən alyansın “Brilliant Eagle” proqramının bir hissəsidir.

Manevrlərdə Estoniya, Latviya, ABŞ, Fransa və Böyük Britaniyadan 2 minə yaxın hərbçi iştirak edəcək. Təlimlərə, həmçinin Britaniya, Fransa və İslandiyanın Estoniyada dislokasiya olunan hərbçilərdən ibarət çoxmillətli NATO döyüş qrupu cəlb olunacaq. Şimali Atlantika Alyansının Hərbi Hava Qüvvələri Estoniyanın hava məkanında aşağı hündürlükdə təlim uçuşları həyata keçirəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью