NATO: Rusiya ordusunun itkiləri 900 min nəfəri ötüb | Icma.az
Azvision saytına istinadən Icma.az xəbər verir. Bu fikirlər "Deutsche Welle"də dərc olunan məqalədəndir.
Nəşr NATO-nun yüksək rütbəli rəsmisinə istinad edib. Ukrayna ordusu hər ay 50 min itki verir Onun sözlərinə görə, yaralı rus hərbçilərinin ç
NATO rəsmisi iddia edib ki, Rusiya ordusunda gündə 1000-dən çox ölü və yaralı qeydə alınır. Bu itki tendensiyası bu gün də davam edir.
Lakin Şimali Atlantika Alyansında belə hesab edirlər ki, Moskvanın silahlı qüvvələrə yeni əsgərləri cəlb etmə sürəti itki tendensiyasına uyğunlaşdırılıb.
Yüksək rütbəli məmur Rusiya qoşunlarının Ukraynada irəliləməsinin ləngidiyini də vurğulayıb: "İtkiləri artır.
Lakin Rusiya hakimiyyəti ləng irəliləyiş naminə belə ağır itkilərə davam etməyə hazırdır”.NATO-nun qiymətləndirməsinə görə, döyüş meydanında vəziyyət dəyişmir, ağır olaraq qalır.
Rusiya müharibəni ona görə uzadır ki, danışıqlarda uğur qazanmaq, üstünlüyünü artırsın.
Buna görə də ruslar yaxın vaxtlarda da cəbhə xəttində Ukrayna Silahlı Qüvvələrinə təzyiqlərini artırmağa davam edəcəklər.Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb.
Tam oxu
Xəbəri oxu