Icma.az, Moderator.az saytına istinadən bildirir.
NATO-nun Latviyadakı Çoxmillətli Briqadası Rusiya ilə sərhədə yaxın şərq bölgələrində öz tarixinin ən böyük hərbi təlimlərinə start verib.
Moderator.az xəbər verir ki, "Delfi" nəşrinin yaydığı məlumata görə, "Resolute Reforger 2026" adı verilən genişmiqyaslı manevrlər 8 noyabr tarixinədək davam edəcək.
Təlimlərdə NATO-ya üzv ölkələrin təxminən 3 min nəfərlik şəxsi heyəti və 1000-ə yaxın hərbi texnikası iştirak edir. Bölmələr və texnika əsas bazalardan çıxarılaraq birbaşa şərq rayonlarına yerləşdirilir.
Manevrlər zamanı NATO hərbçiləri qoşunların uzaq məsafələrə sürətli intiqalını (köçürülməsini), təchizat və təminat zəncirinin təşkilini, sahə şəraitində koordinasiya və rabitə sistemlərinin sınağını, eləcə də Latviyanın Milli Silahlı Qüvvələri ilə birgə döyüş tapşırıqlarının icrasını məşq edirlər.