NATO: Rusiyadan geri qalırıq

02.10.2025

Azvision portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bu sözləri NATO-nun nəzdindəki Şimali Atlantika üzrə Müdafiə İnnovasiyalarını Sürətləndirmə Təşkilatının (DIANA) innovasiya proqramının rəhbəri Ceyms Appaturay Kanadanın "The Globe and Mail" qəzetinə açıqlamasında dilə gətirib. Vurğulayıb ki, hazırda alyansa üzv ölkələrin qabaqcıl texnologiyalarına ciddi ehtiyac yaranıb.
"Əsas çatışmazlığımız havadan və raketdən müdafiə sistemləri, həmçinin pilotsuz uçuş aparatları (PUA) sahəsindədir. Bu avadanlıqların sürətli istehsalı zəruri hala gəlib. Rusiya hər ay 4-5 min PUA buraxır. Çin də bir çox qabaqcıl texnologiyalar sahəsində bizi üstələyir. Bu imkanlara çatmaqdan çox uzağıq”, - o deyib.
Proqram rəhbərinin sözlərinə görə, NATO ilə Rusiya və Çin arasındakı bu "texnoloji uçurumu" tezliklə aradan qaldırmaq məqsədilə alyansa üzv ölkələrin texnologiya şirkətləri DIANA-ya fəal töhfə verməlidirlər. Ceyms Appaturay, eyni zamanda, diqqətə çatdırıb ki, üzvlərin öz müdafiə xərclərini artırmaları da bu çərçivədə məqsədəuyğundur.
Firudin Həmidli
AzVision.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью