NATO Rusiyanın 2030 cu ildə Baltik ölkələrinə hücum edəcəyi iddialarını təkzib edib

12.07.2026

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

NATO Rusiyanın 2030-cu ildə Baltikyanı ölkələrə hücuma hazırlaşdığı ilə bağlı iddiaları təsdiqləməyib.

Modern.az xəbər verir ki, bu barədə The Times nəşri alyansdakı yüksəkvəzifəli mənbəyə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, NATO-da Rusiyanın 2030-cu ildə Baltikyanı ölkələrə hücum planı hazırladığına dair ehtimallar dəstəklənmir.

Məlumatda həmçinin bildirilir ki, Qərb ölkələrinin bəzi liderləri Rusiyadan qaynaqlandığı iddia edilən təhlükəni müdafiə xərclərinin artırılmasını əsaslandırmaq üçün istifadə edirlər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью