Sia Az saytından alınan məlumata görə, Icma.az bildirir. Qərb “qaynayan qurbağa” vəziyyətindədir...
...Rusiyanın NATO-ya qeyri-standart hücumunun, məsələn, təxribat və ya yandırma aktının əhəmiyyətli itkilərlə nəticələnməsinin real ehtimalı var.
SİA-nın məlumatına görə, bunu “Sky News”-a müsahibəsində hibrid müharibəni izləmək və qarşısını almaq üçün NATO-nun strategiyasını yeniləyən, təşkilatın yüksək vəzifəli rəsmisi Ceyms Appaturay bildirib.
...Biz qaynayan qurbağa vəziyyətindəyik,-deyən Appaturay, Rusiyanın Avropa, ABŞ və Kanadadakı hibrid hücumlarının beş il əvvəl “tamamilə qəbuledilməz” olan səviyyələrə çatdığına işarə edib .
NATO rəsmisinin sözlərinə görə, Rusiyanın Ukraynaya tammiqyaslı müdaxiləsi başlayandan bəri həyati əhəmiyyət kəsb edən sualtı kabellərin kəsilməsi, binaların təxribatı və təyyarə yüklərinə yandırıcı qurğuların yerləşdirilməsi daxil olmaqla, “kinetik” hərəkətlərin sayında xüsusilə artım müşahidə olunub.
Appaturayın sözlərinə görə, bir çox sui-qəsdlərin qarşısı alınsa da, amma yüzlərlə belə hərəkətlər var.
Hücumların sayının artması Kremlin Qərbin Ukraynaya hərbi dəstəyinə cavabı olub. Moskva əmindir ki, Qərb Rusiyaya qarşıdır.
NATO nümayəndəsinin fikrincə, bu, doğru deyil. ...Rusiyanın hibrid hücumunun sərhədi keçib NATO ilə Rusiya Federasiyası arasında müharibəyə