Icma.az bildirir, Sia Az saytına əsaslanaraq. Məhv edilmiş və zədələnmiş təyyarələrin siyahısı açıqlanıb...
Belə görünür ki, bu əməliyyatla bağlı hələ çox danışılacaq..?ə ...Deməli, “Hörümçək toru” kod adlı əməliyyat nəticəsində Ukrayna xüsusi xidmət orqanları Rusiya strateji aviasiyasının 40-dan çox bölməsini sıradan çıxarıb, onlardan 10-13-ü tamamilə məhv edilib.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə DW NATO-nun yüksək səviyyəli nümayəndəsinin bəyanatına istinadən xəbər verir.
Onun sözlərinə görə, zədələnmiş və məhv edilən təyyarələr arasında 15 “Tu-95” strateji bombardmançı, 12 “Tu-22M3” və ən azı bir “A-50” erkən xəbərdarlıq təyyarəsi var.
Qeyd edilməlidir ki, Rusiya ordusunda cəmi beş “A-50” təyyarəsi var.
Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) məlumatına görə, 2023-cü ilin əvvəlinə Rusiyanın 130 strateji təyyarəsi olub: 60 “Tu-22M3” (6500 km-ə qədər), 15 “Tu-160” və 55 “Tu-95” (hər ikisi 10.000 km-ə qədər).
Beləliklə, “Hörümçək toru” əməliyyatı NATO-nun Rusiyanın Ukraynanın mülki hədəflərinə hücumlarının “işçi atları” adlandırdığı strateji qanadlı raket daşıyıcılarının 30 faizdən çoxunu sıradan çıxarıb.
...Bu, mülki əhaliyə qarşı müharibədə fəal iştirak edən hədəflərə zərbədir.