Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.
29 may gecəsi Rumıniyaya dron hücumuna görə, NATO güclü cavab tədbirləri görməlidir.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski Teleqram kanalında yazıb.
O bildirib ki, Rusiya Rumıniyaya dron zərbəsi endirməklə NATO ölkələrinin Ukraynaya yardımını dayandırmağa çalışır.
Dövlət başçısı əlavə edib ki, Moskva həmçinin bununla alyansın şərq cinahının havadan müdafiə sistemlərinin effektivliyini yoxlayır:
“Bu, ənənəvi siqnaldır. Ukraynaya yardım etməyin. Hesab edirəm ki, NATO ittifaqı daha güclü cavab verməlidir”.