Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
NATO Rusiya PUA-sını zərərsizləşdirib.
“Cebheinfo.az” Rumıniya mediasına istinadən xəbər verir ki, NATO ilk dəfə Ukrayna səmasında Rusiyaya məxsus pilotsuz təyyarəni vurub.
Gecə saatlarında Rumıniya Müdafiə Nazirliyinin radarları ölkənin hava məkanına yaxınlaşan dronları aşkar edib.
Britaniya Hərbi Hava Qüvvələrinə məxsus 2 ədəd “Eurofighter Typhoon” təyyarəsi Feteştidəki hava bazasından havaya qalxıb.
Təyyarələr Ukrayna ərazisi üzərində, Renidən 1,5 km məsafədə hədəflə radar təmasını qeydə alıb və pilotlar dronları məhv etmək üçün icazə alıblar.Əməliyyat nəticəsində rus dronları müvəqiyətlə zərərsizləndirilib.
Yunis Abdullayev
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin