NATO Sammitinə damğa vuracaq xəbər: Tramp görüşdə elan edəcək

07.07.2026

Icma.az, Turkstan.az portalına istinadən məlumatı açıqlayır.

ABŞ Prezidenti Donald Trampın NATO Liderlər Zirvəsi çərçivəsində Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə keçirəcəyi görüşdə Türkiyənin F-35 qırıcı təyyarələri proqramına yenidən qoşulması məsələsinin müzakirə ediləcəyi gözlənilir.

Turkustan.az xəbər verir ki, “The New York Times” qəzetinin ABŞ administrasiyasındakı dörd yüksəkvəzifəli məmura istinadən yaydığı məlumata görə, Tramp Türkiyənin F-35 proqramına qayıtmasına icazə verməyə hazırdır.

Məlumata əsasən, məsələ Ərdoğanla keçiriləcək görüşün əsas gündəm mövzularından biri olacaq. Rəsmilər iki liderin bununla bağlı məktub mübadiləsi apara biləcəyini də istisna etməyiblər.

Bununla yanaşı, xəbərdə qeyd olunur ki, Tramp administrasiyasının Konqres tərəfindən tətbiq edilmiş hüquqi məhdudiyyətləri hansı mexanizmlə aradan qaldıra biləcəyi ilə bağlı ABŞ rəsmiləri arasında fikir ayrılığı mövcuddur.

Ağ Ev isə “Reuters” agentliyinin məsələ ilə bağlı şərh sorğusuna hələlik cavab verməyib.

Aytən Yaşar/ Turkustan.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью