NATO sammitinə Türkiyə ev sahibliyi edəcək

23.04.2026

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

Türkiyənin paytaxtı Ankara 7–8 iyul tarixlərində NATO sammitinə ev sahibliyi edəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiyalar İdarəsinin rəhbəri Bürhanəddin Duran bildirib.

Onun sözlərinə görə, Ankara sammiti sadəcə diplomatik görüş deyil, qlobal təhlükəsizlik arxitekturasının gələcəyini müəyyən edəcək kritik mərhələdir:

“Ölkəmiz geostrateji mövqeyi, güclü alyans şüuru və böhranların idarə olunmasında effektiv rolu sayəsində transatlantik təhlükəsizlikdə mərkəzi yer tutmaqdadır. Türkiyə NATO liderlərini qəbul etməklə sülh, sabitlik və ümumi təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində qətiyyətini bir daha nümayiş etdirəcək”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью