“NATO şişir və genişlənir” Putin Qərbə xəbərdarlıq etdi

18.09.2026

Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Rusiya Prezidenti Vladimir Putin Hərbi-Sənaye Komissiyasının iclasında çıxış edərkən Şimali Atlantika Alyansının (NATO) fəaliyyətini kəskin tənqid edib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadla xəbər verir ki, dövlət başçısı alyansın qlobal nüfuzunu genişləndirmək cəhdlərinə diqqət çəkib:

“NATO şişir, genişlənir və artıq dünyanın digər regionlarına da nüfuz edir”.

Rusiya lideri eyni zamanda bəzi Avropa liderlərinin Rusiya Federasiyası ilə müharibəyə hazırlaşdıqlarını açıq şəkildə bəyan etdiklərini vurğulayıb.

Xatırladaq ki, sentyabrın 16-da Vyanada hərbi təhlükəsizlik və silahlara nəzarət üzrə danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri Yuliya Jdanova bildirmişdi ki, NATO ölkələri Rusiya ilə hərbi qarşıdurmanı ən gec 2029-2030-cu illərdə “qaynar faza”ya keçirməyi planlaşdırırlar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью