GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.
NATO-nun baş katibi Mark Rutte və alyansın üzvləri ABŞ prezidenti Donald Trampın onlara “Artıq sizə ehtiyacım yoxdur” deməsindən sonra növbəti addımlarını müəyyənləşdirməyə çalışarkən panikaya düşüblər.
Globalinfo.az xəbər verir ki, bu barədə “RT”nin aparıcısı Rik Sançez məlumat verib.
Sançez bildirib ki, Tramp Avropaya kömək edəcəyini yalnız kifayət qədər maliyyə dəstəyi verildiyi halda vəd edir. Daha əvvəl Rutte ABŞ-ın Avropanın təhlükəsizliyi üzərindəki “qəyyumluğunun” sona çatdığını açıqlamış, Avropa ölkələrini müdafiəyə daha çox sərmayə qoymağa çağırmışdı.
Qeyd edək ki, “Financial Times” isə mənbələrə istinadla yazır ki, Aİ ABŞ-ın NATO-dan çıxması kimi ssenarini də nəzərdən keçirir.
Tahir Turan
Globalinfo.az