NATO Türkiyə müzakirələrini ehtiva edən sənəd hava limanında unudulub

26.08.2025

Icma.az, Reyting.az portalına istinadən məlumat verir.


Arlanda hava limanında İsveç hökumətinə aid və NATO-nun Türkiyə ilə 2022-ci ildə apardığı məxfi danışıqların sənədlərini ehtiva edən fayl tapılıb.
Reyting.az
xəbər verir ki, İsveç baş naziri Ulf Kristerssonun 2022-ci ilin noyabrında NATO-ya üzvlüklə bağlı prezident Rəcəb Tayyib Ərdoğanla görüşündən sonra sənəd bir məmur tərəfindən hava limanında unudulub.
İsveç hökumətinin mətbuat xidməti açıqlamasında “Baş nazirin Türkiyəyə səfərindən sonra bir işçi Arlandada bir faylı unudub və o, hava limanının əməkdaşları tərəfindən tapılıb”,- xəbərini təsdiqləyib.
Səlahiyyətlilər faylda məxfi məlumatın olmadığını desələr də, İsveçin “Dagens Nyheter” qəzeti öz mənbələrinə istinadla yazıb ki, faylın bəzi məzmunları xarici əlaqələr sirri kimi təsnif edilir və bu məlumatlar digər ölkələrlə əlaqələri təhlükə altında qoya bilər.
Xatırladaq ki, 70 ildən artıqdır NATO üzvü olan Türkiyə PKK və FETÖ terror təşkilatları ilə bağlı məsələni İsveçin üzvlüyünün şərti olaraq irəli sürüb. İsveç hökumətinin bu terror təşkilatlarına qarşı yumşaq mövqeyi Türkiyəni onun üzvlüyə qarşı çıxmasının əsas səbəbi olmuşdu.
Digər NATO üzvləri ilə müzakirələrdən və Türkiyənin etirazlarının qəbulundan sonra İsveç Türkiyənin təhlükəsizlik problemlərini həll etmək üçün tədbirlər görməyə razılaşıb. Bu prosesin nəticəsi olaraq İsveçin NATO-ya üzvlüyü 2024-cü il martın 7-də rəsmiləşdi və ölkə alyansın 31-ci üzvü oldu.
ELÇİN
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью