Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.
NATO Türkiyənin Konya şəhərində SAMP/T hava hücümunda müdafiə sistemi (İtaliya) yerləşdirib.
Moderator.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bu sistem İspaniya, Türkiyə, ABŞ və NATO-nun bölgədəki digər hava müdafiə vasitələri ilə birlikdə alyansın potensial təhdidlərə qarşı 360 dərəcəlik müdafiə qabiliyyətini daha da gücləndirəcək.