NATO Türkiyənin müdafiə sənayesindən fayda əldə edir Rutte

06.07.2026

Icma.az, Gununsesi portalına istinadən məlumat verir.

NATO artıq Türkiyənin müdafiə sənayesindən əhəmiyyətli dərəcədə fayda əldə edir.

Gununsesi.info xəbər verir ki, bu barədə Alyansın Baş katibi Mark Rutte iyulun 7–8-də Ankarada keçirilməsi nəzərdə tutulan NATO sammitindən əvvəl təşkil olunan mətbuat konfransında bildirib.

“Türkiyə müdafiə sənayesi bir çox ölkələri dəstəkləyir. Avropa Birliyi daxilində və xaricində işləyir, o cümlədən ABŞ ilə əməkdaşlıq edir. Türk şirkətləri ABŞ sənayesinə də investisiya yatırırlar”.

O qeyd edib ki, bu, təkcə “Aselsan” kimi Türkiyənin müdafiə sənayesi nəhənglərinə aid deyil:

“Bu, kiçik və orta ölçülü şirkətlərə qədər təxminən 3000 şirkətdən yalnız bir nümunədir”, – deyə Rutte əlavə edib.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью