NATO Ukrayna ilə bağlı tarix verdi: 10 gün...

15.05.2025

Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

“Yaxın günlərdə Ukrayna münaqişəsi ilə bağlı vəziyyət yaxşılaşa bilər”.

Globalinfo.az xəbər verir ki, bunu NATO-nun Baş katibi Mark Rutte deyib.

“Düşünürəm ki, növbəti 10 gün ərzində bunun üçün imkan yaranacaq. Təbii ki, bu, Ukrayna Prezidenti Volodimir Zelenski, o cümlədən ABŞ-ın böyük təsiri altında baş tutacaq.  Türkiyə də prosesdə böyük rol oynayır”, – Rutte bildirib.

O vurğulayıb ki, hərbi blok heç vaxt Ukrayna və ya başqa ölkəyə sülh sazişinin bir hissəsi kimi NATO üzvlüyünün danışıqlar masasında olacağına söz verməyib.

Qeyd edək ki, mayın 15-də İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqların keçirilməsi planlaşdırılır. ABŞ-dan da nümayəndələrin iştirakı gözlənilir .

Günay Rəsulqızı
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью