NATO Ukrayna ilə təcili danışıqlar aparacaq

23.11.2024

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

Rusiyanın Ukraynaya - Dnepropetrovsk şəhərindəki zavoda “Oreşnik” ballistik raket hücumu ilə bağlı NATO və rəsmi Kiyev noyabrın 26-da təcili danışıqlar aparacaq.

Xarici KİV xəbər verir ki, Ukrayna və Şimali Atlantika Alyansının nümayəndələri Rusiyanın yeni addımlar atmasının mümkünlüyündən narahat olduqlarını bildiriblər.

Bundan əvvəl Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev “Əl Ərəbiyyə” telekanalına müsahibəsində Qərb ölkələrinin siyasətinin Ukraynada münaqişənin gərginləşməsinə səbəb ola biləcəyini bildirmişdi.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью