Icma.az, Milli.az portalına istinadən məlumatı açıqlayır. Ukrayna xüsusi xidmət orqanları "Hörümçək toru" kod adı altında həyata keçirdiyi ə
Milli.Az xəbər verir ki, bu barədə DW NATO-nun yüksək vəzifəli nümayəndəsinə istinadla yazır.
Onun sözlərinə görə, sıradan çıxarılan və ya məhv edilən hava gəmiləri arasında 15 ədəd strateji bombardmançı Tu-95, 12 ədəd Tu-22M3 və ən azı bir ədəd uzaqmənzilli radiolokasiya təyyarəsi A-50 də var.
Qeyd edilir ki, Rusiya ordusunun sərəncamında ümumilikdə cəmi beş A-50 təyyarəsi var.
Stokholm Sülh Araşdırmaları İnstitutunun (SIPRI) məlumatına görə, 2023-cü ilin əvvəlinə olan statistikaya əsasən, Rusiyanın 130 ədəd strateji təyyarəsi mövcud idi: 60 ədəd Tu-22M3 (uçuş məsafəsi - 6 500 km), 15 ədəd Tu-160 və 55 ədəd Tu-95 (hər ikisi - 10 000 km-ə qədər).
Beləliklə, "Hörümçək toru" əməliyyatı Rusiyanın qanadlı raket daşıyan strateji təyyarələrinin 30%-dən çoxunu sıradan çıxarıb.
NATO bu təyyarələri Rusiyanın Ukraynaya qarşı hücumlarında "işçi at" adlandırır.
NATO rəsmisi 4 iyun tarixində Brüsseldə keçirilmiş brifinqdə deyib: "Bu, mülki əhaliyə qarşı aparılan müharibədə fəal şəkildə istifadə edilən obyektlərə endirilmiş zərbədir.