NATO Ukraynaya dəstəyi davam etdirəcək

08.07.2026

Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

Ankarada 7-8 iyul tarixlərində keçirilən NATO sammiti alyansın Ukraynaya gələcəkdə də dəstək verməkdə “dəyişməz öhdəliyini” nümayiş etdirib.

Redaktor.az xəbər verir ki, bu barədə İsveçin müdafiə naziri Pol Yunson “Teleqraf” nəşrinə açıqlamasında bildirib.

Onun sözlərinə görə, NATO Ukraynanın “maksimum effektiv” fəaliyyət göstərməsi və Rusiyaya təzyiqi artırması üçün bütün imkanlardan istifadə etməlidir. Yunson qeyd edib ki, alyans ölkələri eyni zamanda Moskvaya qarşı sanksiyaları sərtləşdirməlidir.

“Ukraynaya dəstək bizim prioritetlərimizdən biridir. Digər prioritet isə bütün müttəfiqlərin müdafiəyə investisiya öhdəliklərini yerinə yetirməsini təmin etməkdir ki, Avropa öz təhlükəsizliyinə görə daha böyük məsuliyyət daşıya bilsin. Təbii ki, müdafiə sənayesi məhsullarının istehsalını da artırmaq lazımdır”, – deyə nazir bildirib.

Xədicə BAXIŞLI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью