NATO Ukraynaya qoşun göndərməyi müzakirə etmir

03.12.2024

Icma.az, Teleqraf.com portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Atəşkəsdən sonra Ukraynaya təhlükəsizlik zəmanəti vermək üçün Avropa paytaxtları oxşar ssenarini planlaşdırır".
Teleqraf.com xəbər verir ki, bu barədə Ansa-ya NATO-dakı yüksək səviyyəli mənbə məlumat verib.
“Ukraynaya qoşun göndərmək üçün NATO şurası müttəfiq qüvvələrin baş komandanına planlaşdırmağa başlamaq barədə göstəriş verməlidir və bu baş verməyib”, - mənbə bildirib.

Onun sözlərinə görə, danışıqlara və mümkün atəşkəsə nə qədər yaxınlaşsaq, bu məsələ bir o qədər vacib olacaq, buna hazırlaşmaq lazım gələcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью