NATO Ukraynaya qoşun yeridəcək? Rutte BƏYANAT VERDİ

28.11.2024

Publika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Qərb hərbi-siyasi blokunun qüvvələrinin Ukraynadakı münaqişəyə cəlb olunmasını müdrik qərar hesab etmirəm.

Publika.az xəbər verir ki, bunu Şimali Atlantika Alyansının baş katibi Mark Rutte bildirib.

“Düşünmürəm ki, bu, müdrik qərar olardı”, - deyə o, jurnalistin üçüncü dövlətlərin münaqişədə Rusiya Federasiyasını dəstəkləməyə davam edəcəyi təqdirdə NATO-nun qoşun yeritməyi nəzərdən keçirib-gətirmədiyini soruşduqda qeyd edib.

Ruttenin fikrincə, Ukrayna sülh danışıqlarına o zaman başlayacaq ki, ondan nəsə alındığını hiss etsin.

“Hazırda onlar (ukraynalılar) əlverişsiz vəziyyətdədirlər”, - deyə alyansın baş katibi fikrini yekunlaşdırıb.

Adəm Abbaslı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью