NATO Ukraynaya xərcləri artırmalıdır

21.01.2025

Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

ABŞ-nin NATO müttəfiqləri Ukraynanın üzərinə daha çox yük götürməli və Kiyevə yardımlarını Vaşinqtonla bərabərləşdirməlidirlər.

Redaktor.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib.

"NATO daha çox pul ödəməlidir və onlar hesabı bərabərləşdirməli olacaqlar. Çünki ABŞ Ukraynaya yardım üçün digər NATO ölkələrindən 200 milyard dollar çox xərcləyib", - o qeyd edib.

Trampın fikrincə, Ukrayna münaqişəsi Avropa ölkələrinə daha çox təsir etdiyi üçün belə fərq gülüncdür. O əlavə edib ki, münaqişə mümkün qədər tez həll olunmalıdır.

Bundan əvvəl Trampın prezidentliyinin ilk 47 dəqiqəsində bir neçə onlarla sənəd imzaladığı məlum olub.

Türkan İSGƏNDƏRLİ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью