NATO üzvləri həmin məsələdə geri çəkilir İki ölkədən başqa

21.03.2025

GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

NATO üzvü olan ölkələrin əksəriyyəti Ukraynaya qoşun göndərməkdənsə, öz bölmələrini gücləndirməyə üstünlük verir.

Globalinfo.az xəbər verir ki, bu barədə “Blomberq” agentliyi məlumat yayıb.

“Bəzi Avropa liderləri, məsələn, İtaliyanın Baş naziri Corcia Meloni  qoşunların göndərilməsi ideyasına qarşıdır. Onlar bunun əvəzinə, digər Alyans ölkələrini gücləndirmək üçün hərbi resurslar təklif edib”, – agentlik yazıb.

Bildirilib ki, yalnız Fransa və Böyük Britaniya öz hərbi kontingentini Ukraynaya göndərmək niyyətindədir.

Günay Rəsulqızı
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью